
"Xəzi nece qoruyaq" bu sual bir qadın üçün çox əhəmiyyətlidir. Bu təbii xəzin xoşbəxt sahibləri onların gözəl qalmalarını çox istəyirlər. Xəzin uzun ömürlü qalmasının əsl səbəbi onun qorunub saxlanmasıdır.
- Əgər evə qayıdarkən şubanız islanibsa ehmalca sirkələyin və enli asılqana asin.
- Şubanızı dolaba asmamışdan öncə onun tam quru olduğundan əmin olun. Onun az da olsa nəm olmağı xəzinizi zay edər və xoşa gəlməz iyi yaranmasına səbəb ola bilər..
- Xəzinizi çalışın otaq tempraturun da qurudun. (fenlə və digər isidicilər lə qurudmaq olmaz).
- Xəzi ensiz asılqanda asmaq məsləhət deyil çünki şuba müəyyən müddətdən sonra formasını dəyişəcək enli çiyinli asılqandan istifadə edin.
- Xəz geniş yerdə asılmalıdır başqa geyimlərlə təmasda olmamalıdır. Bu xəzin rahat nəfəs almağına kömək edir və deformasiyaya uğramır.
- Təbii xəzi qorumaq və saxlamaq üçün naftalin və digər kimyəvi qoru yuculardan istifadə etməyin.
- Xəzinizi güvə və digər həşarat lardan qorumaq üçün çexolun içinə bir iki damcı lavanda yağı damcıdın. İstəsəniz qurudulmuş lavanda, limon və apensilin qabığında balaca kisələr də dolaba asa bilərsiniz həşaratlar sitrus qoxularını bəyənmirlər və xəzinizdən uzaq duracaqlar.
- Dəri və xəzi saxladığınız otağın temperaturu isti olmasın buna diqqet yetirin yoxsa şubanız quruyaraq öz gözəlliyini və forması nu itirə bilər.
- Dolabınız hər zaman havalanmalıdır və xəzinizi har həftə dolabdan çıxardıb havalandırın.
- Xəzinizi büküb paketə qoymayın ən yaxşısı parça çexolda saxlayın.
- Xəzinizi divar asılqanına asmayın bu onun deformasiyaya uğramasına səbəb olar.
- Xəzi bükülmüş vəziyyətdə saxla maq qəti olmaz bu xəzin üzərində qırışların yaranmasına və əzilməsinə səbəb olar.
- Xəzinizi günəş şüalarından qoru yun, daim işıqlı otaqda saxlamayın bu xəzin parıltısına ziyan vuracaq və şuxluğunu azaldacaq.