Haqqımızda

FEMİNA Xəz-Dəri Qalereyası 26 illik təcrübəsi ilə, öz qapılarını sadiq, tələbkar və zövqlü müştərilərin üzünə taybatay açır. Bu illər ərzində öz müştərilərinə yüksək keyfiyyətli məhsul və xidmət təqdim edərək, artıq həm yerli, həm xarici müştərilərin rəğbətini qazanmışdır.

FEMINA həm məhsul çeşidinə, həm satış ərazisinə görə regionun ən böyük xəz-dəri məkanıdır və buraya qədəm qoyan hər bir xanım öz zövqünə uyğun, könlünü oxşayan və gözəlliyini tamamlayan, ona şarm, yaraşıq və ecazkarlıq bəxş edən xəz geyimləri seçib bəyənəcəkdir.

Biz lider şirkət olaraq, hər zaman müştəri məmuniyyətini düşünürük. Odur ki, alıcılar keyfiyyətli xəz və dəri məhsullarını münasib şərtlərlə məhz bizim qalereyada əldə edə bilər.

Biz inkişafa meylii modern marka olaraq, eləcə də, Avro panın aparıcı xəz brendləri ilə qarşılıqlı faydalı əməkdaşlıq edirik, İtaliya və Yunanıstanda hər il təşkil edilən xəz-dəri sərgilərinə xüsusi dəvət alırıq. Biz məhz bu sərgilərdə nümayiş olunan və ən son dəbə uyğun xəz geyimləri ilə öz kolleksiyamızı yeniləyirik, alıcıya fərdi yanaşırıq, alınmış məhsullara tam zəmanət veririk.

FEMİNA xəzlərini geyinərkən həqiqətən insan fərqli olduğunu hiss edir. Siz klassik modellarla yanaşı, bizdən modern üslubda xəzləri də ala bilərsiniz. VIP salonumuzdan ekskluziv xəzləri əldə etməklə siz öz stilinizi ifadə edə bilirsiniz. Həmçinin xüsusi servisimiz sayəsində alınmış xəzlərin Sizin istəyinizlə göstərilən ünvana çatdırılmasını təmin edirik.

"FEMİNA" Xəz Qalereyasındakı mallarımızın hamısı yüksək keyfiyyəti və özəl stili ilə seçilir. Dəyişən dəb, təbiidir ki, xəz məhsullarının növlərinə də təsir edir. Odur ki, biz modellərimizi daim yeniləyir, təkrarsız kolleksiyalar yaradırıq. "FEMINA" nəinki Azərbaycanda, hətta regionun xəz-dəri geyimlərinin satışı üzrə ixtisaslaşmış ən böyük şirkətidir. Azərbaycan bazarında FEMINA Şirkəti öz keyfiyyətli məhsulları və yüksək xidməti ilə müştəri rəğbətini qazanmışdır və önümüzdə yeni inkişaf hədəflərinə doğru inamla irəliləyirik.

Başlıça istəyimiz müştəri məmuniyyətidir.

Xəzin həzzini yaşa

Copyright © 2021 - Femina Furs Gallery.

Saytın hazırlanması: