Səbətiniz boşdur
 

91 Product

PRICE

Min:
Max:

FUR TYPE

SIZE

COLOR

About us

About us

“Femina” xəz-dəri qalereyası Azərbaycanın ən böyük xəz-dəri mərkəzi olan “Femina”nın rəsmi veb səhifəsinə xoş gəlmisiniz!

“Femina”da hər bir xanım öz zövqünə uyğun, könlünü oxşayacaq və gözəlliyini tamamlayacaq şarm, yaraşıq, ecazkarlıq, bir sözlə, hər şeyi tapa bilər!

Biz xəz-dəri bazarında bir lider olaraq, 21 illik təcrübəmizlə fəaliyyətimizi yüksək səviyyədə davam etdiririk. Bütun bu illər ərzində müştərilərimizə yüksək keyfiyyətli məhsullar təklif etməklə onlar arasında böyük nüfuz qazanmışıq.

“Femina” Avropanın aparıcı xəz brendləri ilə apardığı sıx əməkdaşlıq nəticəsində İtaliya və Yunanıstanda hər il təşkil edilən xəz-dəri sərgilərinə xüsusi dəvət alır. Bu sərgilərdə nümayiş olunan ən son dəbə uyğun xəz geyimləri ilə daim öz kolleksiyasını yeniləyir və Sizə təqdim edir.

Onu da qeyd edək ki, mağazamıza tək xəz-dəri sevənlər deyil, dəri və dublyonka sevən xanım, həmçinin bəylər də baş çəkə bilər, çünki biz Sizə burada böyük seçim imkanı verən dəri və dublyonkaların çox böyük çeşidini təqdim edirik. Bütün bu üstün keyfiyyətləri görmək və sizə layiq olan xəz-dəri geyimini seçmək üçün ölkəmizin əvəzsiz xəz-dəri məkanı olan “Femina”-ya Sizi dəvət edirik...

Xəz geyimlərin ünvana vaxtında çatdırılması

Xəz geyimlərin seçilməsində peşəkar məsləhətləri

v>

Follow us on social networks